İstifadə Şərtləri

Giriş

Mastercard Europe SA ("Mastercard" və ya "Biz") sizə şəxsi informasiya, təhsil və əyləncə məqsədilə istifadə üçün http://www.mastercard.az ("Mastercard Saytı") saytını təqdim edir.Mastercard saytını gözdən keçirə, oradan sizə lazım olan məlumatları yükləyə və başqa şəkildə istifadə edə bilərsiniz. Mastercard saytına daxil olmaqla və ondan istifadə etməklə siz onu məhdudiyyətsiz və ya ona hüquqi qiymət vermədən aşağıdakı "İstifadə şərtləri" adlı istifadə şərtlərini qəbul edir və bununla razılaşırsınız.Bu İstifadə Şərtlərini qəbul etmirsinizsə, Mastercard Saytından istifadə etməyin.

Mündəricat


Saytın Məzmunundan İstifadə etmək Hüququ

Aşağıda göstərildiyi kimi, şəxsi istifadə üçün Mastercard Saytında istənilən məzmuna baxmaq, onu paylaşmaq, çap etmək və ya yükləmək üçün sizə məhdud, qeyri-eksklüziv, geri alına bilən giriş izni veririk. Mastercard saytında düzəltmə işlərin və ya hər hansı bir məzmunun digər qanunsuz istifadəsi, lisenziyalaşdırılması, yenidən nəşri, yayılması, surətinin çıxarılması, təyin edilməsi, sub-lisenziyalaşdırılması, köçürülməsi, satılması, yenidən hazırlanması yolverilməzdir.Hər hansı bir məzmunun hər hansı bir hissəsi şəxsi istifadədən başqa, digər formada yenidən hasil edilə və ya hər hansı bir informasiya axtarış sisteminə elektron və ya mexaniki şəkildə daxil edilə bilməz. Mastercard Saytına zərər verə biləcək və ya zəiflədə biləcək ya da buna niyyətlə ediləcək hər hansı bir şəkildə Mastercard Saytına və ya Mastercard Saytının əsasını təşkil edən hər hansı bir server və ya şəbəkəyə daxil olmaq və ya ondan istifadə etmək, ya da kiminsə istifadəsi vasitəsilə ya da bundan faydalanacaq şəkildə müdaxilə etmək yolverilməzdir. Mastercard ya da onun məhsulları və ya xidmətlərini yanlış, aldadıcı, təhqiramiz və ya başqa cür təhqir edən bir şəkildə təsvir etməyən bir linkdən istifadə etmək mümkündür. Bu halda Saytda və ya onun hər hansı bir məzmununa hiperlink yaratmaq üçün sizə məhdud, geri alına bilən və qeyri-eksklüziv giriş izni verilir; və Mastercard tərəfindən saytınızın, səhifənin və ya məzmunun sponsorluğu və ya huququnun ötürülməsini nəzərdə tutmur.

Sayta daxil olmaq üçün avtomatlaşdırılmış sistemlərdən (məsələn, robotlar, spayderlər və s.) istifadə edə bilməzsiniz. Siz Saytın digər istifadəçilərinin şəxsi identifikasiya məlumatlarını toplamamağa və ya bu məlumatları satmamağa və ya başqa şəkildə istifadə etməməyə razılaşırsınız.

Burada xüsusi olaraq göstərilən məhdud hüquqlar istisna olmaqla, Mastercard Saytına və onun tərkibinə daxil olan bütün hüquq, ad və maraqlar və burada təsvir edilən bütün Məzmun Mastercard tərəfindən qorunur və ona məxsusdur.

MASTERCARD İSTƏNİLƏN İSTİFADƏ HÜQUQU DA DAXİL OLMAQLA BURADA TƏSVİR EDİLƏN İSTİFADƏ ŞƏRTLƏRİNİN İSTƏNİLƏN BİRİNİN POZULMASI VƏ YA BU KİMİ İSTƏNİLƏN DİGƏR SƏBƏBLƏRƏ GÖRƏ TAMAMİLƏ ÖZ MÜLAHİZƏSİNƏ UYĞUN HEÇ BİR XƏBƏRDARLIQ ETMƏDƏN İSTƏNİLƏN KƏSƏ ÖZ SAYTININ İSTİFADƏSİNƏ GİRİŞ QADAĞASI QOYMAQ HÜQUQUNA MALİKDİR.

Mastercard Saytına və İstifadə Şərtlərinə Dəyişikliklər

Mastercard sizə xəbərdarlıq etmədən istənilən vaxt hazırkı İstifadə Şərtləri də daxil olmaqla bu Saytda və ya bu Sayt ilə əlaqədar mövcud olan Məzmuna, materiallara və ya məlumatlara dəyişiklik etmək ya da düzəlişlər etmək hüququnu özündə saxlayır. Mastercard istənilən vaxt hazırkı nəşri yeniləməklə bu İstifadə Şərtlərinə yenidən baxa bilər. Bu cür dəyişikliklərə görə siz vaxtaşırı olaraq cari istifadə Şərtlərini nəzərdən keçirməkdən ötrü həmin səhifələrə baxmalı və onlara daxil olmalısınız.

Əqli Mülkiyyət Hüquqları

Mastercard Saytının Məzmunu qüvvədə olan əqli mülkiyyət qanunları ilə qorunur və bütün məzmun Mastercarda məxsusdur və Mastercard tərəfindən lisenziya və ya icazə əsasında istifadə olunur. Bütün mətn, formatlaşdırma (heç bir məhdudiyyət olmadan Mastercard saytında materialların seçilməsi, koordinasiyası və təşkili), şəkillər, qrafika, animasiya, alətlər, qrafik elementlər, tətbiqlər, reklamlar, videolar, musiqi, səslər, məqalələr, kopyalar, yaradıcı materiallar, fotoşəkillər, əmtəə nişanları, xidmət markaları, ticarət adları və loqotiplər və bu Saytda olan digər materiallar və məlumatlar Mastercard-ın, onun bölmələrinin və törəmə şirkətlərinin , eləcə də onların müvafiq lisenziyaçılarının və lisenziyalaşmış şəxslərinin (birgə olaraq hazırkı mətndə "Məzmun" adlanır) əqli mülkiyyət hüququ hesab edilir. Bu materiallar heç bir formada digər veb saytlara köçürülə, dəyişdirilə, paylana, yenidən bölüşdürülə, şəkli dəyişdirilə, göndərilə bilməz, nə də ki tərəfinizdən istənilən hər hansı bir formada düzəldilə, əlaqələndirilə, dəyişdirilə və ya digər bir formada paylana, yenidən paylaşdırıla, lisenziyalaşdırıla, sublisenziyalaşdırıla və ya köçürülə bilməz. Mastercard Saytında heç bir şey Mastercardın qabaqcadan yazılı icazəsi olmadan onun istənilən ticarət markasından, əqli mülkiyyət hüququndan və ya müəlliflik hüququ materialından kommersiya məqsəd ilə istifadə etmək icazəsi və ya hüququ vermiş kimi təfsir edilə bilməz. Mastercard saytında göstərilən qeydiyyata alınmış və ya qeydiyyatdan keçməmiş ticarət nişanları, loqotiplər, ticarət adları və xidmət markaları (bundan sonra birlikdə “Ticarət Nişanları”adlanacaq) Mastercard və onun üçüncü tərəf ittifaqı tərəfdaşlarının ticarət nişanlarıdır. Mastercard saytında göstərilən heç bir şey Mastercardın və ya Ticarət Nişanının sahibi olan sözügedən üçüncü tərəfin yazılı icazəsi olmadan Mastercard saytında göstərilən hər hansı ticarət nişanından istifadə etmək icazəsi və ya hüququ kimi təfsir edilməməlidir.Bu materiallardan istənilən icazəsiz kommersiya məqsədli istifadə Mastercardın əqli mülkiyyət hüquqlarını pozacaq və Mastercardın tam qanuni hüquq və hüquq müdafiəsi vasitələrinin tətbiqinə məruz qalacaqdır.

Müəlliflik hüququ şikayətləri

Saytı idarə edən Mastercard "xidmət təminatçısı" kimi fəaliyyət göstərə və üçüncü tərəf veb saytlarına materialların və linklərin onlayn təchizatçısı qismində xidmətlər təklif edə bilər. Nəticədə Mastercardın sahib olmadığı və ya nəzarət etmədiyi üçüncü tərəf materialları Saytdan istifadə etməklə ötürə, saxlaya, əldə edə və ya başqa şəkildə təqdim edilə bilər. Mastercard Saytda baş verən müəllif hüququ pozuntusu iddiaları ilə bağlı müəyyən prosedurlara malikdir və Mastercard və ya üçüncü tərəfin hüquqlarına zidd olan və yaxud hər hansı bir əqli mülkiyyət qanunları və ya qaydalarını və ya bu Müqaviləni pozan hər hansı bir istifadəçinin istifadəsinin dayandırılmasını və ya istənilən məzmunun dərhal kənarlaşdırılmasını təmin edən bir siyasət qəbul etmişdir. Saytda istifadə olunan hər hansı bir materialın müəllif hüquqlarını pozduğuna əminsinizsə, bu barədə Mastercarda bildirməlisiniz. Mastercard pozuntuya yol verilməsi iddia edilən materialın dərhal uzaqlaşdırılmasına və ya ona girişin aradan qaldırılmasına cavab verəcək və xəbərdar edən tərəf ilə məzmunu təmin edən iddia edilən hüquq pozuntusu yaradan tərəf arasında iddianı həll etməyə çalışacaqdır. Pozuntu halları ilə bağlı müraciətlərinizi bu ünvana göndərə bilərsiniz: Mastercard Avropa SA, 198 / A Chaussee de Tervuren, 1410, Voterlo, Belçika, Kimə: Hüquq Departamentinə.

Zəhmət olmazsa, aşağıdakı bildirişi təqdim edin:

  1. Müəllif hüququ və ya digər əqli mülkiyyət hüququnun pozulduğunu iddia etdiyiniz işi müəyyənləşdirin;
  2. Mastercardın Saytda yerləşdirə bilməsi üçün kifayət qədər ətraflı şəkildə pozulmuş olduğunu iddia etdiyiniz Saytdakı materialı müəyyənləşdirin;
  3. Mübahisəli istifadənin müəllif hüququ sahibi, agenti və ya qanun ilə icazəsi olmadığı qənaətinə gəldiyiniz barədə bildiriş;
  4. Yalançı şahidlik halı baş verərsə, cəza alacağınızı bilməklə aşağıdakılar barədə bildiriş verməlisiniz: a) xəbərdarlıqda bildirdiyiniz yuxarıda göstərilən məlumatların dəqiq olduğu (b) sözügedən müəllif hüququ marağının sahibi olduğunuz və ya həmin sahibin adına hərəkət etmək səlahiyyətinə malik olduğunuz barədə;
  5. Sizin ünvan, telefon nömrəsi və e-poçt ünvanı; və
  6. Fiziki və ya elektron imzanız.

İnteraktiv Forumlar və Qruplar, və Rəylər

İstifadəçi Göndərişləri və onların İdarə olunması
Saytın istifadəçisi olaraq sayt tərəfindən yol verilən məzmuna bərabər mətn məzmunundan və potensial şəkillərdən, videolardan, təsvirlərdən, audio fayllardan, buna bərabər digər tipli məzmundan və linklərdən ibarət olan şərhlərinizi təqdim edə bilərsiniz (birgə olaraq "İstifadəçi Göndərişləri" adlanacaq).Öz İstifadəçi Göndərişlərinizə və onları dərc və ya nəşr etdirməyinizin nəticələrinə görə yalnız və yalnızsiz məsuliyyət daşıyacaqsınız. İstifadəçi Göndərişləri ilə əlaqədar olaraq, siz aşağıdakıları təsdiq, təqdim edir və / və ya onlara zəmanət verirsiniz: İstifadəçi Göndərişi sizin orijinal işinizdir və ərazi və ya vaxt məhdudiyyəti olmadan və kompensasiya edilmədən bəlli olmayan və ya bununla da icad edilmiş hər hansı ya da bütün mətbuatlardakı istənilən və bütün İstifadəçi Göndərişlərini istifadə etməkdən ötrü Mastercarddan istifadə etmək və onu avtorizə etmək üçün lazım olan lisenziyalar, hüquqlar, razılıqlar və icazələrə sahibsiniz, eləcə də sayt və bu Müqavilə ilə nəzərdə tutulan tərzdə İstifadəçi Göndərişlərinin daxil edilməsini və istifadəsini mümkün edən istənilən və bütün İstifadəçi Göndərişlərində olan və göstərilən hər hansı bir şəxsi identifikasiya məlumatlarını, təsvirləri və ya buna bənzərləri toplamaq, istifadə etmək və açıqlamaq üçün bütün lazımi razılıqlara maliksiniz. Siz hər hansı bir İstifadəçi Göndərişinin bir hissəsi kimi, müəllif hüququ ilə qorunan, kommersiya sirri ilə qorunan və ya digər halda şəxsi məlumat və aşkarlıq hüquqları daxil olmaqla üçüncü tərəfin mülkiyyət hüquqlarına şamil edilən hər hansı bir materialı həmin hüquqların sahibi olmadıqda və ya onların hüquqi sahibindən icazəniz olmadıqda və həmin materialı yerləşdirmək üçün və Mastercarda bu sənəddə verilmiş bütün lisenziya hüquqlarını vermək üçün həmin materialda əks olunan şəxsi identifikasiya məlumatı olan istənilən şəxslərdən lazımi icazələr alınmadıqda onları təqdim etməyəcəyinizi qəbul edirsiniz. Bununla yanaşı, hər hansı bir şəkildə İstifadəçi Göndərişiniz ilə əlaqəli olan tərəfinizdən saxlanılan istənilən bir patent qeydiyyatı və ya hər hansı bir gözləməkdə olan ərizələrin mövcudluğunu açıqlayacağınıza zəmanət verir və bunu göstərirsiniz.

Siz İstifadəçi Göndərişi və istənilən digər əlaqəli materiallara zidd olan istənilən bəyanata və ya işarəyə baxmayaraq İstifadəçi Göndərişi ilə bağlı sizin ilə Mastercard arasında heç bir məxfi əlaqə və ya gizlilik, ya da məxfilik öhdəliyinin olmadığını qəbul edir və bununla razılaşırsınız.

Mülkiyyət hüququ və İstifadəçi Göndərişlərinin istifadəsi
İstifadəçi Göndərişi etməklə siz İstifadəçi Göndərişinin bir hissəsi kimi tərəfinizdən çap və ya elektron formada yaradılan ya da istehsal edilən sənədlər, sənət əsərləri, bildirişlər, şəkillər, icmallar, dəlillər, təsvirlər, fotoşəkillər, alt yazılar, dublyajlar, musiqi partituraları, audio və video yazılar, disklərdə daxil olmaqla İstifadəçi Göndərişində olan istənilən konsepsiyalar və ya ideyaların, törəmə işlərin, dəyişdirilməsi və yaradılması hüququ da daxil olmaqla Mastercarda İstifadəçi Göndərişi ilə bağlı (müəllif hüququ, patent və ticarət markası qanunu altında, bunlar da daxil olmaqla) dünya miqyasında, daimi, əvəzsiz, tam ödənişli, geri qaytarılmayan, sublisenziyalı, ötürülə bilən, qeyri-eksklüziv icazə verdiyinizi anlayırsınız. Mastercarda verdiyiniz icazəyə Mastercard və onun dizaynerlərinin İstifadəçi Göndərişini yenidən yaratmaq, İstifadəçi Göndərişi vasitəsilə digər işləri hazırlamaq, sizin İstifadəçi Göndərişinizi digər işləri ilə birləşdirmək və nüsxələri dəyişmək, tərcümə etmək, yaymaq, eləcə də hər hansı bir mediada həmişəlik indi mövcud olan və ya gələcəkdə mövcud ola biləcək bütün dünyada Mastercard adından başqa şəklə salınmış İstifadəçi Göndərişinin müəllif hüququnun qeydiyyatı üçün müraciət etmək, lisenziya almaq və bunu həyata keçirmək daxildir. Məsələn, yuxarıda göstərilən icazə Mastercard və onun dizaynerlərinə sizin İstifadəçi Göndərişinizin yalnız müəyyən bir hissəsini istifadə etmək hüququ verir, ya da sizin təqdim etdiyiniz istənilən audio trekləri və ya vizual təsvirləri yenidən yazmaq və ya dəyişdirmək, İstifadəçi Göndərişini yenidən yazmaq və / və ya sizin Göndərişiniz ilə başqalarından lisenziyalaşdırılmış ya da Mastercard tərəfindən yaradılmış digər materialları birləşdirmək hüququ verir.İstifadəçi Göndərişi vasitəsi ilə başqa işlər yaratdığımız təqdirdə, həmin işlər bizə məxsus olacaqdır və onlar bu təlimatlara uyğun olaraq istifadə edilə bilər, beləliklə, sizin təsdiqinizə ehtiyac olmayacaqdır.

İstifadəçi Göndərişini etməklə Göndərişin və ya Göndərişdəki hər hansı bir fotoşəklin (lərin), alt yazıların, təsvirlərin, illüstrasiyaların, bildirişlərin və ya başqa işlərin tərəfimizdən dəyişdirilməsi ilə nəticələnən istənilən müəlliflik hüquqları və ya “mənəvi" hüquq ya da iddianın müdafiə edilməməsindən imtina edir və bununla razılaşırsınız. Siz həmçinin Mastercarda sizin İstifadəçi Göndərişinizdən yaranan istənilən düzəltmə işlərdəki hüquqları mənimsəmək və onları qorumaq üçün Mastercardın uyğun gördüyü bir şəkildə ona verdiyiniz icazə ilə İstifadəçi Göndərişindən sizin adınızdan və sizin adınıza istifadə edə bilməsini təmin etməklə istənilən məlumatı icra etməsi və çatdırması və İstifadəçi Göndərişinin istənilən digər vebsaytdan ya da forumdan çıxarılması hüququ ilə birgə İstifadəçi Göndərişi ilə əlaqədar olaraq sizin dəyişilməz vəkiliniz kimi Mastercardı təyin etməyə razılaşırsınız.

Mastercardın tələbi ilə Mastercard tərəfindən uyğun görüldüyü kimi Mastercardın qabiliyyətini müəyyən etməklə və "Müəlliflərin mənəvi hüquqları"ndan bu Şərtlər və Qaydalar əsasında imtina edilməsinə uyğun olaraq İstifadəçinin Göndərişindən istifadə etmək üçün siz əlavə icazə vasitəsini icra və təqdim etməlisiniz. Mastercard sözügedən icazə vasitəsini tələb edə bilmədikdə bu Mastercardın hüquqlarından imtina hesab olunmayacaq və həmin vasitəni Mastercard sonradan tələb edə bilər.

Göndərişlər və ya Rəylər
Vaxtaşırı olaraq biz sizdən Mastercard Saytı, onun məhsulları və / və ya xidmətləri barədə rəy istəyə bilərik. Sizin ötürdüyünüz və ya paylaşdığınız istənilən kommunikasiya və ya material (a) Mastercard tərəfindən qeyri-məxfi və qeyri-şəxsi hesab ediləcək, (b) Mastercardın mülkiyyəti olacaq və Mastercard xüsusilə bununla bağlı bütün hüquqlara, adlara və maraqlara sahib olacaqdır; (c) sizə heç bir öhdəlik, kompensasiya və ya digər məsuliyyət yaratmadan özünün tam mülahizəsi ilə Mastercard lisenziyası verən şəxslər və törəmə şirkətlər tərəfindən məhdudiyyətsiz olaraq istifadə ediləcəkdir. Belə istifadəyə bu Saytda və ya digər halda artıq tanınmış və ya sonradan hazırlanmış hər hansı bir şəkildə və istənilən mühitdə tamamilə və ya qismən bərpa, açıqlama, ötürmə, nəşr, yayımlama və yerləşdirmə daxil ola bilər. Mastercard belə bir kommunikasiyaya cavab vermə öhdəliyi daşımır. Yuxarıda göstərilənlərə baxmayaraq, Mastercard öz məhsul və xidmətləri ("Göndərişlər") ilə bağlı ictimaiyyətdən heç bir yaradıcı fikir, təklif və ya material qəbul etməmək və ya bunları nəzərə almamaq siyasətini qoruyub saxlayır və buna görə də siz bu sayt vasitəsilə və ya başqa bir şəkildə istənilən kommunikasiyalarda Mastercarda hər hansı göndərişlər etməməlisiniz. Buna baxmayaraq, bizim bunu etməməklə bağlı xahişimizə məhəl qoymayaraq belə bir Göndəriş etsəniz, o zaman həmin Göndəriş dərhal Mastercardın mülkiyyətinə çevriləcək və Mastercard xüsusi olaraq bununla bağlı bütün hüquqlara, adlara və maraqlara sahib olacaqdır. Bundan əlavə Mastercard məhsul və xidmətlərin işlənib hazırlanması və marketinqi ilə bağlı hər hansı bir məqsəd üçün o cümlədən sözügedənləri məhdudlaşdırmadan, istənilən Göndərişlərdən sərbəst şəkildə istifadə edə bilər. Mastercard bu Göndərişin bu cür istifadəsi və ya açıqlanmasına görə, həmin Göndərişdəki və istənilən digər gələcək Mastercard məhsulları və xidmətlərindəki oxşarlıqlar üçün məsuliyyət daşımır.

Pərakəndəçilər və Pərakəndəçi Təklifləri

Pərakəndəçilər Mastercard saytında mövcud olan malların və xidmətlərin satınalınması ("Təkliflər") üçün Mastercarda müəyyən endirimlər, imtiyazlar və ya digər faydalar (məsələn, pulsuz göndərmə) təqdim edə bilər. Belə Təkliflər müəyyən şərtlər və qaydalara tabedir və sizə xəbərdarlıq etmədən istənilən vaxt dəyişə bilər. Mastercard bu təkliflərə münasibətdə sizinlə pərakəndəçi arasında baş vermis hər hansı bir qarşılıqlı əlaqə nəticəsində yaranan istənilən itkiyə və ya zərərə görə məsuliyyət daşımır. Burada göstərilənlər istisna olmaqla, mal və xidmətlərin çatdırılması, qaytarılmalar və zəmanətlər daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan bütün məsələlər yalnız və yalnız qəti şəkildə sizinlə müvafiq pərakəndəçilər arasında baş verir. Mastercard saytı vasitəsilə girdiyiniz pərakəndəçilərə görə və ya onların təqdim etdiyi Təkliflər üçün Mastercardın məsuliyyət daşımadığını, bunu təsdiq etmədiyini qəbul edirsiniz.

Lotereyalar

Vaxtaşırı olaraq biz sizə Mastercard ilə əlaqədar müəyyən lotereyalar və ya digər kampaniyalar barədə xəbər verəcəyik. Bütün bu cür lotereyalar və kampaniyalar həmin lotereyalar və kampaniyalar ilə bağlı Rəsmi Qaydalara, eləcə də bütün əlaqədar qanunlar, qaydalar və nizamnamələrə tabedir.

Üçüncü tərəf ilə bağlı məzmun və digər veb saytlara aid linklər

Mastercard Saytı üçüncü şəxslərin məzmunundan və bu Saytdan tamamilə müstəqil olan digər veb saytlara linklərdən ibarət ola bilər. Üçüncü tərəfin məzmunu və linkləri yalnız istifadəçilərin rahatlığı üçün daxil edilir və Mastercard tərəfindən hər hansı qəbul, təsdiq, təsdiq və ya zəmanət yaratmır. Bundan başqa, Mastercard üçüncü tərəfin məlumatlarının dəqiqliyi, tamlığı və ya etibarlılığı üçün və ya istənilən əlaqəli veb saytlar vasitəsilə təqdim olunan və ya satılan məhsul və ya xidmətlər üçün məsuliyyət daşımır və siz üçüncü tərəfin məlumatlarından istifadə üzrə tam məsuliyyəti özünüz daşıyırsınız. Sizinlə belə üçüncü tərəf arasında edilən hər hansı razılaşmalar, əməliyyatlar və ya digər tənzimləmələr yalnız sizin öz riskiniz ilə həyata keçirilir. Üçüncü tərəfin linkinə tıkladıqda siz Mastercard Saytından çıxmış olursunuz. Nəticədə belə saytda təqdim etdiyiniz hər hansı şəxsi məlumat Mastercard tərəfindən toplanmayacaq və ya nəzarət olunmayacaqdır, habelə belə saytın məxfilik bildirişinə və ya istifadə şərtlərinə aid olacaqdır. Məxfilik prinsipləri haqqında daha ətraflı məlumat üçün nəticədə olan saytın məxfilik siyasətini və istifadə şərtlərini nəzərdən keçirin.

Məxfilik Siyasəti

Mastercard öz veb saytlarında təklif edilən proqramların və məlumatların üstünlüyündən istifadə etmək üçün onu seçən və ona baş çəkən şəxslərin məxfiliyinə hörmət etmənin vacibliyini qəbul edir. Mastercardın Qlobal Gizlilik Siyasəti (aşağıdakı linkdə verilib) proqramlarımızdan birinə daxil olduqda və ya sadəcə Mastercard Saytına göz atdığınız zaman nələri gözləməli olduğunuz barədə qısa icmalı təqdim edir. Müxtəlif və ya proqrama xas siyasətlər ölkəmizə və ya proqrama məxsus səhifələr üçün tətbiq edilə bilər. Siyasətimizin tətbiq olunan mövcud versiyası üçün hər hansı bir səhifənin altındakı linkə baxın.Bizim Qlobal Gizlilik Siyasətimizə buradan baxa bilərsiniz.

Kompensasiya

Siz Mastercard və onun biznes tərəfdaşlarını, əməkdaşlarını və törəmə şirkətlərini hər hansı bir öhdəlikdən, itkidən, iddia və xərclərdən, o cümlədən bu İstifadə Şərtlərini pozduğunuza və ya saytdan sui-istifadə etdiyinizə görə məqbul müvəkkil haqları və xərcləri də daxil olmaqla zərərdən qorunmasına və zərərin ödənilməsinə razılaşırsınız. Siz İstifadəçi Göndərişlərinizdəki müəllif hüquqlarını və ya digər əqli mülkiyyət hüquqlarını ya da üçüncü tərəflərin digər hüquqlarını pozmaqla əlaqədar və ya bundan irəli gələn, eləcə də İstifadəçi Göndərişləri ilə əlaqədar istənilən digər qanun pozuntusu və ya müqavilə öhdəliklərinin pozulmasına görə Mastercarda qarşı sizə görə irəli sürülən istənilən iddia, ərizə və ya məhkəmə işlərinə görə Mastercarda zərərdən qorunmasına və zərərin ödənilməsinə razılaşırsınız.

Zəmanətlər

Mastercard bu Saytdakı bütün materialların düzgün olduğunu təmin etmək üçün kifayət qədər səy göstərəcəkdir; habelə, dəqiqliyə zəmanət verilə bilməz və Mastercard bu Saytdakı hər hansı bir məlumatın düzgünlüyünə, tamlığına və ya həqiqiliyinə görə heç bir məsuliyyət, nə də ki öhdəlik daşıyır.

MASTERCARD SAYTI VƏ BURADA VERİLƏN BÜTÜN MƏZMUN SİZƏ “OLDUĞU KİMİ”, VƏ “MÖVCUD OLAN KİMİ” TƏQDİM EDİLİR, YARARLILIĞA, AD / TƏHLÜKƏSİZLİK, MƏLUMATIN KEYFİYYƏTİ VƏ YA XÜSUSİ MƏQSƏDƏ UYĞUNLUQ İLƏ BAĞLI İSTƏNİLƏN ZƏMANƏT DƏ DAXİL OLMAQLA İFADƏ EDİLƏN YA DA NƏZƏRDƏ TUTULAN BÜTÜN DİGƏR ZƏMANƏTLƏR LƏĞV EDİLİR. MASTERCARDDAN SAYT VASİTƏSİLƏ ƏLDƏ ETDİYİNİZ VƏ YA BURADA AÇIQ İFADƏ EDİLƏN HƏR-HANSI MƏLUMAT HANSISA BİR ZƏMANƏT YARATMAYACAQDIR. MASTERCARD SAYTININ MƏHDUDİYYƏTSİZ MÖVCUDLUĞU, ONUN QÜSURSUZ İŞLƏYƏCƏYİNİ, NÖQSANLARIN DÜZƏLDİLƏCƏYİNİ VƏ YA MASTERCARD SAYTININ VİRUSLARDAN VƏ DİGƏR ZƏRƏRLİ KOMPONENTLƏRDƏN AZAD OLMASI İLƏ BAĞLI BÜTÜN ZƏMANƏTLƏRDƏN İMTİNA EDİR. BU SAYTDAN İSTİFADƏNİZ ÖZ ŞƏXSİ RİSKİNİZDİR VƏ BU SAYT VASİTƏSİLƏ YÜKLƏNƏN YA DA DİGƏR ŞƏKİLDƏ ƏLDƏ EDİLƏN İSTƏNİLƏN MƏZMUN SİZİN ÖZ MƏSULİYYƏTİNİZ DAXİLİNDƏDİR VƏ SİZİN KOMPYÜTER SİSTEMİNİZƏ YA DA BU SAYTDAN İSTİFADƏYƏ GÖRƏ YARANAN İSTƏNİLƏN MƏLUMAT İTKİSİ, KOMPYUTER VİRUSLARI NƏTİCƏSİNDƏ YARANAN ZƏRƏR İLƏ BAĞLI TAM MƏSULİYYƏT SİZİN ÜZƏRİNİZƏ DÜŞÜR. BU ŞƏRTLƏRDƏKİ HEÇ BİR ŞEY AŞAĞIDAKILARA GÖRƏ MASTERCARDIN ÖHDƏLİYİNİ İSTİSNA ETMİR NƏ DƏ Kİ MƏHDUDLAŞDIRMIR(I) ÖZ ETİNASIZLIĞI ÜZÜNDƏN BAŞ VERƏN ÖLÜM VƏ YA ŞƏXSİ ZƏDƏ, (II) DƏLƏDUZLUQ VƏ YA YALANÇI HƏRƏKƏT, YA DA (III) MASTERCARD ÜÇÜN ÖZ ÖHDƏLİYİNİ İSTİSNA ETMƏK VƏ YA İSTİSNA ETMƏYƏ CƏHD ETMƏK İLƏ BAĞLI QEYRİ-QANUNİ OLAN İSTƏNİLƏN SƏBƏB.

Zərərlər və öhdəliyin məhdudlaşdırılması

MASTERCARDIN ÖZÜ, ONUN BİZNES TƏRƏFDAŞLARI, ƏMƏKDAŞLARI, NÜMAYƏNDƏLƏRİ VƏ YA TÖRƏMƏLƏRİNƏ ZƏRƏRİN VƏ YA İTKİNİN BAŞ VERMƏ EHTİMALININ OLDUĞU BİLDİRİLDİYİ HALIDA DAXİL OLMAQLA SİZİN İSTİFADƏNİZ, YA DA MASTERCARD SAYTINA VƏ YA ONUN MƏZMUNUNA DAXİL OLMANIZ İLƏ BAĞLI VƏ YA BUNDAN İRƏLİ GƏLƏRƏK MƏHKƏMƏDƏ İDDİA TƏLƏBİNİN NƏDƏN İBARƏT OLMASINDAN ASILI OLMAYAN MÜLKİYYƏTƏ DƏYƏN ZƏRƏR, İSTİFADƏ İTKİSİ, BİZNES İTKİSİ, İQTİSADİ İTKİ, MƏLUMAT İTKİSİ VƏ YA GƏLİR İTKİSİ DƏ DAXİL OLMAQLA, LAKİN BUNLARLA MƏHDUDLAŞMADAN HƏR HANSI BİRBAŞA, DOLAYI, XÜSUSİ, CƏZALANDIRICI, NÜMUNƏVİ, NƏTİCƏ ETİBARI İLƏ YARANAN VƏ YA DİGƏR ZƏRƏRLƏRƏ GÖRƏ NƏ MASTERCARD, NƏ DƏ ONUN TÖRƏMƏ ŞİRKƏTLƏRİ HEÇ BİR HALDA MƏSULİYYƏT DAŞIMIR. MASTERCARDIN İSTİFADƏ ŞƏRTLƏRİNDƏ GÖSTƏRİLDİYİ KİMİ BÜTÜN ZƏRƏRLƏR, İTKİLƏR VƏ İDDİA SƏBƏBLƏRİ, HÜQUQ POZUNTUSU (ETİNASIZLIQ DA DAXİL OLMAQLA, BUNUNLA MƏHDUDLAŞMADAN) İLƏ BAĞLI MƏSULİYYƏTİ HEÇ BİR HALDA TƏRƏFİNİZDƏN İSTƏNİLƏN MASTERCARD SAYTI İLƏ BAĞLI HƏR HANSI FƏALİYYƏTƏ QƏBUL OLUNMASI VƏ YA ONDA İŞTİRAK ETMƏSİ ÜÇÜN ÖDƏNİLƏN MƏBLƏĞDƏN, ƏGƏR VARSA, VƏ YAXUD AZƏRBAYCAN RESPUBLİKASI MANATININ (AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKININ ÖDƏMƏ GÜNÜNƏ OLAN RƏSMİ MƏZƏNNƏSİNƏ ƏSASƏN) YÜZ FUNTA (£100) (HANSI DAHA AŞAĞIDIRSA) OLAN DƏYƏRİNİ AŞMAMALIDIR. BU ŞƏRTLƏRDƏ HEÇ BİR ŞEY AŞAĞIDAKILAR İLƏ BAĞLI MASTERCARDIN ÖHDƏLİYİNİ İSTİSNA ETMİR, NƏ DƏ MƏHDUDLAŞDIRMIR: (I) ÖZ ETİNASIZLIĞI ÜZÜNDƏN BAŞ VERƏN ÖLÜM VƏ YA ŞƏXSİ ZƏDƏ, (II) DƏLƏDUZLUQ VƏ YA YALANÇI HƏRƏKƏT, YA DA (III) MASTERCARD ÜÇÜN ÖZ ÖHDƏLİYİNİ İSTİSNA ETMƏK VƏ YA İSTİSNA ETMƏYƏ CƏHD ETMƏK İLƏ BAĞLI QEYRİ-QANUNİ OLAN İSTƏNİLƏN SƏBƏB.

İstifadə Şərtlərinin istənilən Mastercard tipli ödəniş kartının sahibinin müqavilələrinə qeyri-tətbiqi

Mastercard aparıcı ödəmə xidmətləri təşkilatıdır. Mastercard maliyyə təşkilatı deyildir və hər hansı tipli xarakteri olan kredit, debet, çek və ya ödəniş kartları buraxmır. Sizin Mastercard nişanlı ödəmə kartınızla əlaqə birbaşa olaraq Mastercard ilə deyil, həmin kartı buraxan bank və ya maliyyə qurumu vasitəsilə yaradılmalıdır. Mastercard markalı ödəniş kartınız və ya kart sahibi hesabınız ilə bağlı istənilən və bütün suallar və ya məsələlər Mastercarda deyil, kartınızı buraxan banka və ya maliyyə təşkilatına yönləndirilməlidir. Mastercard sizin kart buraxan bankınız və ya maliyyə təşkilatınız ilə əlaqəyə malik olsa da, bu əlaqə fərdi kart sahiblərinə və ya ödəniş kartı hesablarına aid olunmur.

Mastercard Saytı Mastercard Avropa SA tərəfindən idarə olunur.

Digər müddəalar

Bu İstifadə Şərtləri qanun ziddiyyətlərinin hər hansı bir prinsiplərinə təsir göstərmədən məhz xüsusilə Belçika qanunlarına uyğun olaraq tərtib olunmalı, təfsir edilməli və yerinə yetirilməlidir. Bu İstifadə Şərtləri və ya Sayt ilə bilavasitə və ya dolayısı ilə əlaqədar olaraq meydana çıxan qanunla və ya kapitalla bağlı istənilən hərəkətin yalnız Belçika məhkəmələrində verilib baxılacağına açıq olaraq razılığınızı bildirirsiniz. Siz Mastercard Saytı, öz giriş izniniz və ya istifadəniz, sözügedən İstifadə Şərtləri və eksterterritorial xidmət prosesi ilə əlaqədar istənilən hərəkət məqsədləri üçün belə məhkəmələrin şəxsi yurisdiksiyasına razılıq verir və onlara məsələni təqdim edirsiniz.

Mastercard saytından məzmun və proqram təminatı Belçika və/və ya ABŞ ixracat yurisdiksiyasına və digər ölkələrin idxal yurisdiksiyasına şamil edilə bilər. Bu Saytdan istifadənizlə əlaqədar, tətbiq olunan bütün mövcud ixrac, təkrar ixrac və idxal nəzarət qanunları və tətbiq olunan bütün mövcud yurisdiksiyaların qaydalarına riayət etmək üçün yalnız siz məsuliyyət daşıyırsınız. Bütün müvafiq yurisdiksiyaların mövcud olan bütün ixrac və idaxl qanunları və qaydaları ilə uyğunluq istisna olmaqla, digər heç bir halda bu Saytdan olan məzmunun və ya proqram təminatının birləşdirildiyi materiallar, məhsullar, proqram təminatları və ya digər texniki məlumatlar, ya da birbaşa məhsul vasitəsilə Siz bu saytdan hər hansı məzmunu və ya proqram təminatını birbaşa, ya da dolayısı ilə istifadə edə, paylaşdıra, köçürə və ya ötürə bilməzsiniz.

Bu İstifadə Şərtləri sizin tərəfinizdən üçüncü tərəfə ötürülə bilməz. Mastercard istənilən vaxt bu İstifadə Şərtlərində göstərilən hüquq və öhdəliklərini təyin edə bilər. Bu İstifadə Şərtlərinin hər hansı bir hissəsi və ya müddəası qanunsuz, qüvvədən düşmüş, etibarsız və ya yerinə yetirilə bilməyən olduqda, həmin hissə bu İstifadə Şərtlərindən uzaqlaşdırılmış hesab ediləcəkdir və qalan müddəaların etibarlılığına və tətbiq olunmasına təsir göstərməyəcəkdir. Burada göstərilənlər istisna olmaqla, bu İstifadə Şərtləri sizinlə Mastercard arasında onların predmetinə aid olan bütöv müqaviləni təşkil edir. Bu İstifadə Şərtlərinin müəyyən müddəaları bu Sayt daxilində daxil ola biləcəyiniz xüsusi səhifələr, ərizələr, vasitələr və ya digər materiallarda yerləşən təyin edilmiş hüquqi bildirişlər və ya şərtlər ilə əvəz edilə bilər və ya əlavə edilə bilər. Mastercardın bu İstifadə Şərtlərinin və ya hər hansı əlavə şərtlərinin istənilə müddəasını yerinə yetirə bilməməsi onu həmin müddəaların icrasından,nə də həmin müddəanı yerinə yetirmək hüququndan azad etmir. Bu İstifadə Şərtləri və onunla əlaqədar istənilən sənədlər elektron formada qəbul edilə bilər (məsələn, razılığı göstərən elektron və ya digər vasitələrlə) və sizin bunu qəbul etməyiniz sizinlə Mastercard arasında bir zərurət hesab olunacaqdır. Bununla siz heç bir məhdudiyyət olmadan razılaşırsınız ki, bu İstifadə Şərtlərinin və onunla əlaqədar istənilən digər sənədlərin etibarlılığına və ya tətbiq olunmasına etiraz etməyəcəksiniz.

Müştəri Xidmətləri və Əlaqə Məlumatları

Azərbaycan Respublikasındakı Ofis
Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1010,
Nizami küçəsi 96E, Landmark I, 5-ci mərtəbə