Hava limanında gözləmə vaxtından zövq almaq: qiymətsiz

World Elite Mastercard® kartının sahibləri dünyanın bir çox hava limanlarında Mastercard-ın zallarından pulsuz yararlana bilərlər.
Ünvan:

Telefon:
Veb-sayt: mastercard.az

World Elite Masterсard® kartını təqdim etməklə Mastercard biznes zalından aşağıdakı şəhərlərin hava limanlarında yararlanmaq mümkündür: 

• Moskva

Şeremetyevo Beynəlxalq Hava Limanının E terminalında Mastercard biznes zalı

• World Elite Mastercard® kart sahiblərinin istifadəsi üçün pulsuz təqdim olunur.

• Valideynlərinin nəzarətində olan 2 yaşından yuxarı uşaqlara biznes zal pulsuzdur.

• Digər müştərilər də 6000 min rubl ödəməklə biznes zalına daxil ola bilərlər.

• Biznes zalı gün boyu müştərilərin xidmətindədir.

• Müştərinin biznes zalında keçirə biləcəyi maksimal müddət 5 saatdır. 

• Mastercard biznes zalına daxil olmaq üçün girişdə Mastercard® premium kartını təqdim etmək lazımdır. 

• Kiyev

Borispol Beynəlxalq Hava Limanının D terminalında beynəlxalq uçuşlar üçün Mastercard biznes zalı

• World Elite Mastercard® kart sahiblərinin istifadəsi üçün pulsuz təqdim olunur.

• 16 yaşına qədər bir uşaq pulsuz buraxılır. Valideynlərinin nəzarətində olan 3 yaşına qədər uşaqlar üçün biznes zalı pulsuzdur. 

• Biznes zalı D terminalında, pasport nəzarəti zonasında yerləşir. Biznes zalını tapmaq üçün hava limanındakı oxların göstərdiyi istiqamətdə hərəkət edin. 

• Müştərinin biznes zalında gün ərzində keçirə biləcəyi maksimal müddət 2 saatdır.

• Vyana

Vyanadakı Şvexat Beynəlxalq Hava Limanında iki biznes zalı mövcuddur: Jet Lounge və Sky zalları

• World Elite Mastercard® kart sahiblərinin istifadəsi üçün pulsuz təqdim olunur. 

• Valideynlərinin nəzarətində olan 3 yaşına qədər uşaqlar üçün biznes zal pulsuzdur. 

• Digər müştərilər də adambaşına € 29 ödəməklə biznes zalına daxil ola bilərlər. 

• Sky Zalı 2-ci mərtəbədəki No. 3 qeydiyyat zonasında yerləsir. F çıxışının yanındakı zal Şengen vizası olan şəxslər, G çıxışının yanındakı zal isə Şengen vizası olmayan şəxslər üçün nəzərdə tutulub. Jet Zalı aşağı mərtəbədəki No. 1 və 2 qeydiyyat zonalarında yerləsir. B və C çıxışının yanındakı zallar Şengen vizası olan şəxslər, D çıxışının yanındakı zal isə Şengen vizası olmayan şəxslər üçün nəzərdə tutulub. 

• Biznes zalı hər gün səhər saat 5:00-dan axşam saat 22:00-dək fəaliyyət göstərir. 

• Mastercard biznes zalına daxil olmaq üçün girişdə Mastercard® premium kartını təqdim etmək lazımdır.

• Praqa

Mastercard Biznes Zalı Vatslav Havel adına Hava Limanının 1 terminalında fəaliyyət göstərir.

• World Elite Mastercard® kart sahiblərinin istifadəsi üçün pulsuz təqdim olunur. 

• Valideynlərinin nəzarətində olan 3 yaşına qədər uşaqlar üçün biznes zalı pulsuzdur. 

• Digər müştərilər də adambaşına € 31 ödəməklə biznes zalına daxil ola bilərlər. 

• Biznes zalı hər gün səhər saat 5:30-dan axşam saat 23:30-dək fəaliyyət göstərir. 

• Mastercard biznes zalına daxil olmaq üçün girişdə Mastercard® premium kartını təqdim etmək lazımdır.

• Budapeşt

Mastercard Biznes Zalı Budapeşt Ferens List adına Beynəlxalq Hava Limanında fəaliyyət göstərir.

• World Elite Mastercard® kart sahiblərinin istifadəsi üçün pulsuz təqdim olunur. 

• Valideynlərinin nəzarətində olan 2 yaşına qədər uşaqlar üçün biznes zalı pulsuzdur. 

• Digər müştərilər də adambaşına € 20 ödəməklə biznes zalına daxil ola bilərlər. 

• Biznes Zalı SkyCourt terminalının 1-ci mərtəbəsində yerləsir. SkyCourt terminalına daxil olmaq üçün mühafizə nəzarətini və duty-free mağazasını keçmək, daha sonra isə sağa dönüb yuxarı qalxmaq lazımdır. Biznes zalı hər gün səhər saat 5:30-dan axşam saat 19:30-dək fəaliyyət göstərir. 

• Mastercard biznes zalına daxil olmaq üçün girişdə Mastercard® premium kartını təqdim etmək lazımdır. 

• Buxarest

Mastercard Biznes Zalı Anri Koanda adına Beynəlxalq Hava Limanının beynəlxalq uçuşlar terminalında yerləşir.

• World Elite Masterсard® kart sahiblərinin istifadəsi üçün pulsuz təqdim olunur. 

• Valideynlərinin nəzarətində olan 2 yaşına qədər uşaqlar üçün biznes zalı pulsuzdur. 

• Digər müştərilər də adambaşına € 42 ödəməklə biznes zalına daxil ola bilərlər. 

• Biznes zalı beynəlxalq uçuşlar terminalının birinci mərtəbəsində yerləşir. Biznes zalını tapmaq üçün hava limanındakı oxların göstərdiyi istiqamətdə hərəkət edin. 

• Biznes zalı gün boyu müştərilərin xidmətindədir. 

• Müştərinin biznes zalında gün ərzində keçirə biləcəyi maksimal müddət 2 saatdır. 

• Mastercard biznes zalına daxil olmaq üçün girişdə Mastercard® premium kartını təqdim etmək lazımdır.

• Tbilisi

Mastercard Biznes zalı Şota Rustaveli adına Beynəlxalq Hava Limanında yerləşir.

• World Elite Mastercard® kart sahiblərinin istifadəsi üçün pulsuz təqdim olunur. 

• Valideynlərinin nəzarətində olan 6 yaşına qədər uşaqlar üçün biznes zalı pulsuzdur.

• Digər müştərilər də adambaşına € 50 ödəməklə biznes zalına daxil ola bilərlər. 

• Biznes zalı gün boyu müştərilərin xidmətindədir. Müştərinin biznes zalında gün ərzində keçirə biləcəyi maksimal müddət 2 saatdır. 

• Mastercard biznes zalına daxil olmaq üçün girişdə Mastercard® premium kartını təqdim etmək lazımdır. 

• Batumi

Mastercard Biznes zalı Batumi Beynəlxalq Hava Limanında yerləşir.