Priceless® Specials
Məxfilik Bildirişi

MasterCard məxfiliyinizə hörmət edir. Hazırkı Məxfilik Bildirişi MasterCard-ın “Priceless® Specials” proqramı (“Proqram”) ilə bağlı topladığı şəxsi məlumatlara şamil olunur. Chausée de Tervuren 198A, B-1410, Waterloo, Belgium ünvanında yerləşən MasterCard Europe SA Proqramla bağlı şəxsi bilgilərinizin istifadəsinə görə məsuliyyət daşıyır. Daha ətraflı məlumatı aşağıda qeyd olunan “Bizimlə əlaqə saxlayın” bölməsindən əldə edə bilərsiniz.

Hazırkı Məxfilik Bildirişi şəxsi məlumatları necə emal etdiyimizi, topladığımız şəxsi məlumatların növlərini, onların hansı məqsədlə istifadə etdiyimizi, onları necə qoruduğumuzu və kiminlə bölüşdüyümüzü izah edir. Bundan başqa, biz şəxsi məlumatlarınızı yeniləmək, seçənəklərinizi dəyişdirmək və ya bizə sual vermək məqsədilə bizimlə necə əlaqə saxlamağınızı da izah edirik.

Priceless Specials veb-saytına (“Sayt(lar)”) daxil olmağınız və Proqramda iştirak etməyiniz hazırkı Məxfilik Bildirişi və İstifadə Şərtlərinə uyğundur. Bu Məxfilik Bildirişi yalnız Priceless Specials vasitəsilə yığılan şəxsi məlumatlara şamil olunur. Bu Bildiriş Mastercard-a aid olan hər hansı digər veb-saytlarda və ya Mastercard kartlarının emitentləri (məs., bankınız) tərəfindən istifadə olunan şəxsi məlumatları və ya Mastercard-a Proqram çərçivəsi xaricində aid ola biləcək hər hansı digər məlumat və yaxud bildirişləri (məs., banklardan, emitentlərdən bildirişlər) ehtiva etmir. Mastercard-ın Priceless Specials proqramı çərçivəsi xaricində olan məxfilik qaydaları haqqında daha ətraflı məlumat üçün www.mastercard.com veb-saytının Qlobal Məxfilik Bildirişi bölümünə müraciət edin.

Uşaqlar və yetkinlik yaşına çatmamış şəxslər (18 yaşına çatmamış) Proqramdan istifadə edə bilməz.

Aşağıdakı linklərdən birinə klikləyib sizə lazım olan bölümə keçə bilərsiniz:

  1. Topladığımız şəxsi məlumatlar və biz onlardan necə istifadə edirik
  2. Sizin hüquq və seçimləriniz
  3. Bölüşdüyümüz məlumatlar
  4. Məlumatların ötürülməsi
  5. Digər veb-saytlara linklər
  6. Məlumatların qorunması
  7. Hazırkı Məxfilik Bildirişinə edilən dəyişikliklər
  8. Bizimlə əlaqə saxlayın
  9. Hazırkı Məxfilik Bildirişinə edilən dəyişikliklər
  10. Bizimlə əlaqə saxlayın


1. Topladığımız şəxsi məlumatlar və biz onlardan necə istifadə edirik

Proqramla bağlı emal etdiyimiz şəxsi məlumatlar tərəfinizdən birbaşa və pulsuz təmin edilir və ya avtomatik şəkildə Proqramın veb-saytında toplanır (www.mastercard.az). Şəxsi məlumat dedikdə, biz “şəxsi bilgilər subyektini (yəni, şəxsi məlumatların aid olduğu şəxs) birbaşa və ya dolayı şəkildə müəyyən etməyə imkan verən hər hansı informasiyanı” nəzərdə tuturuq.

Təqdim etdiyiniz şəxsi məlumatlar

Priceless Specials vasitəsilə bizə birbaşa təqdim etdiyiniz şəxsi məlumatlar emal edilir və yalnız bu Məxfilik Bildirişində izah olunan məqsədlərlə istifadə olunur. Xidmətləri sizə göstərmək məqsədilə tələb olunan mütləq məlumatlar istisna olmaqla, Priceless Specials ilə bağlı təqdim etdiyiniz şəxsi məlumatlar icbari deyil. Müəyyən məlumatları təqdim etməmək qərarına gəldiyiniz halda, bu, Saytda etdiyiniz naviqasiyaya və ya sizə təklif etdiyimiz xidmətlərə təsir edə bilər. Aşağıda bu şəxsi məlumatları necə təqdim etməyi, ümumiyyətlə hansı növ şəxsi məlumatları təqdim etməyi və bu məlumatları necə istifadə edəcəyimiz barədə informasiya ilə tanış ola bilərsiniz.

Kommunikasiyalar üçün qeydiyyat prosesi: Mastercard-ın digər məhsul və xidmətləri, o cümlədən mükafatlar, sadiqlik və imtiyaz proqramları, imkanlar və özəl tədbirlər haqqında məlumatları e-poçt vasitəsilə qəbul etməyinizə razılıq verə bilərsiniz. Priceless Specials və/və ya Mastercard məhsulları və xidmətləri haqqında bildiriş və məlumatları sizə göndərmək məqsədilə biz adınız, e-poçt ünvanınız (olduğu halda) kimi şəxsi məlumatlardan istifadə etməliyik. Siz, istədiyiniz vaxt və pulsuz, bu bildirişləri e-poçt ünvanınıza və ya profil hesabınıza gələn bildirişlərdən e-poçtunuzdakı imtina linkindən və ya aşağıdakı linkdən istifadə edərək imtina edə bilərsiniz: mastercard.az

Sosial media: Priceless Specials və ya təklifləri “bölüşə”, “izləyə”, “bəyənə” və ya “tvit” etmək üçün müxtəlif sosial media təminatçıları vasitəsilə seçim edə bilərsiniz. Sosial media şəbəkələri müstəqil fəaliyyət göstərir və onlar tərəfindən (məs., Facebook, Twitter, Instagram, Pinterest, YouTube və s.) Priceless Specials ilə bağlı toplanan hər hansı məlumat (o cümlədən, Priceless Specials səhifəsində yerləşdirilən sosial media ayarları vasitəsilə) ictimailəşdirilə bilər və bu artıq Məxfilik Bilidirişi ilə deyil, müvafiq sosial media təminatçılarının məxfilik siyasətinə uyğun olaraq tənzimlənir. Bölüşdüyünüz məlumatlara müəyyən sosial media saytlarında olan məxfilik ayarları vasitəsilə nəzarət edə bilərsiniz. Məxfilik ayarlarının quraşdırılması və şəxsi bilgilərinizin üçüncü tərəflər tərəfindən emal olunması haqqında daha ətraflı məlumat əldə etmək üçün həmin saytların məxfilik təlimatları, məxfilik siyasəti və istifadə qaydalarına müraciət etməyiniz xahiş olunur. Mastercard həmin sosial media şəbəkələrinin məzmun, istifadə və ya məxfilik qaydalarına görə heç bir məsuliyyət daşımır.

Fərdi xidmətlər və tövsiyələr: Bildirişlərə yazıldığınız təqdirdə, sizə fərdi xidmətlər və tövsiyələr təqdim etmək üçün şəxsi məlumatlarınızdan istifadə oluna bilər. Məsələn, sizə maraqlı ola biləcək məhsul və ya digər xüsusi marketinq aktivasiyalarını təklif edə bilərik. Sizi fərdi məzmun və ən münasib təklif, məzmun və ya bildirişlərlə təmin etmək məqsədilə, biz sizin birbaşa təqdim etdiyiniz şəxsi məlumatlarınızı və eləcə də istifadəçi profili üçün avtomatik olaraq yığdığımız şəxsi bilgilərinizi bir araya toplayacağıq.

Digər kontentlər: Proqramımızın istifadəçilərinə onların məlumatı və əyləncəsi üçün vaxtaşırı dəyişdirə biləcəyimiz müxtəlif kontentlər (məs., promo-kampaniyalar, müsabiqələr, bloqlar) təklif edirik. Bu kontentləri sizə təqdim etmək üçün bizə sizin müəyyən şəxsi məlumatlarınız lazım ola bilər. Şəxsi məlumatlarınızın bu kontentlərin təqdim olunması məqsədilə emal edilməsi haqqında daha ətraflı məlumat üçün müvafiq məxfilik bildirişinə (olduğu təqdirdə) müraciət etməyiniz xahiş olunur.

Müştəri xidmətləri ilə yazışmalar: Bizimlə əlaqə saxlasanız, biz təqdim etdiyiniz məlumatları emal edəcəyik və saxlayacağıq ki, sizin sorğularınıza cavab verə və sizə aid bilgiləri idarə edə bilək. Bu məlumatlar sorğu və cavabınızın vaxt və tarixini, adınızı, e-poçt ünvanınızı, sorğu və ya şikayətinizin məğzini və cavabımızı ehtiva edə bilər.

Avtomatik olaraq topladığımız şəxsi məlumatlar

Priceless Specials proqramında iştirak etdiyiniz zaman biz müəyyən məlumatı avtomatlaşdırılmış vasitələrlə (məs., cookie-fayllar, log-fayllar, web beacon-lar) toplaya bilərik. Avtomatlaşdırılmış şəkildə yığılan məlumatlar Proqramı təkmilləşdirmək və sizi ən yaxşı informasiya və xidmətlərlə təmin etmək məqsədilə emal olunur. Bu üsulla topladığımız məlumatlar sayəsində biz veb-saytımıza və səhifələrimizə daxil olan istifadəçilərin sayını, bizi bundan əvvəl ziyarət edib-etmədiyinizi öyrənirik, habelə sizin ən çox maraq göstərdiyiniz kontentləri müəyyən edirik. Bu informasiya, həmçinin, təkmilləşməyimizə və təcrübənizin genişləndirilməsinə səbəb olur.

Log-fayllar və IP-ünvanlar:Log-fayllar internet istifadəçisi sayta daxil olduqda avtomatik şəkildə yaranan veb-server fayllarıdır (özünə domen adı və ya IP-ünvanları, URL, http cavab kodu, bizə daxil olduğunuz veb-sayt və ya ziyarətinizin tarixi və müddəti). IP-ünvan müəyyən elektron cihazlarının internetdə bir-birini tanımaq və bir-biri ilə əlaqə saxlamaq üçün istifadə etdiyi unikal eyniləşdiricidir. Sayta daxil olduğunuz zaman, biz sizin internətə qoşulmaq məqsədilə istifadə etdiyiniz cihazın IP-ünvanını toplaya bilərik. Məsələn, Saytın səhifəsinə daxil olduqda, serverlərimiz IP-ünvanınızı qeyd edir. Digər bilgilərlə birlikdə, bu məlumat istifadəçilərimizin hansı səhifələrə daha çox üstünlük verdiklərini, müştərilərimizin hansı məhsullara qarşı ən çox maraq göstərdiklərini və onların hansı təkliflər gözlədiklərini öyrənməyə kömək edir. Bundan əlavə, log-fayllar telekommunikasiya avadanlıqlarında kəsintiləri və telekommunikasiya xidmətlərimizdən sui-istifadə hallarını aşkar etməyə kömək edir.

Mobil cihazlardan toplanan məlumatlar: Saytımıza öz mobil telefonunuzdan və ya digər mobil cihazdan daxil olmusunuzsa, biz, həmçinin, unikal cihaz eyniləşdiricisi və mobil cihazın IP-ünvanını (məs., MAC-ünvan), eləcə də cihazınızın əməliyyat sistemi, mobil şəbəkə operatoru, mobil internet brauzerləri və hazırkı Məxfilik Bildirişində əks olunan digər bilgilər haqqında məlumatları toplaya bilərik.

Cookie-fayllar, veb beacon-lar və təqib linkləri: Saytımızda üçüncü tərəf veb-analitiklərin xidmətlərindən istifadə edə bilərik. Bu xidmətləri göstərən analitiklər cookie-fayllar, veb-server jurnalları və veb-beacon kimi texnologiyalardan istifadə etməklə bizə istifadəçilərin Saytımızdan necə istifadə etdiklərini təhlil etməyə kömək edirlər. Bu vasitələrlə əldə olunan məlumatlar (IP-ünvanı daxil olmaqla) Sayt(lar)ımızın istifadə olunmasını qiymətləndirmək üçün məlumatlardan istifadə edən analitiklərə açıqlanır.

Fərdiləşdirilmiş reklam: Sizi maraqlarınıza cavab verən məhsul və xidmətlər haqqında reklamla təmin etmək üçün Saytda onlayn fəaliyyətiniz haqqında məlumatları toplaya bilərik. Digər veb-saytlarda müəyyən reklamları görə bilərsiniz, çünki biz (və tərəfdaşlarımız) reklamları sizə çatdırmaq üçün Saytımızda toplanan məlumatlardan üçüncü tərəf veb-saytlarda istifadə edirik. Bu məlumatlar demoqrafik, fərdi və kontekstual vasitələrlə çatdıracağımız məlumatları istifadəçilərə yönəltməyə imkan verir. Sizə fərdiləşdirilmiş reklamı təmin etməklə əlaqədar, veb-saytlarımızdakı üçüncü tərəflər müəyyən müddət ərzində və üçüncü tərəf veb-saytlarda avtomatlaşdırılmış vasitələrlə məlumatları (o cümlədən, cookie-faylların, veb-server jurnallarının və veb beacons-ların istifadəsi ilə) toplamaqla sizin onlayn fəaliyyətinizi təqib edə bilər. Toplanan məlumatlar sizin müəyyən veb-saytlara ziyarətlərinizi, izlədiyiniz reklam səhifələrini və həmin veb-saytlarda etdiklərinizi ehtiva edir. Məlumatların toplanması həm bizim Saytda, həm də üçüncü tərəfərin veb-saytlarında baş verir. Bu proses bizə marketinq tədbirlərimizin nə dərəcədə effektiv olduğunu yoxlamağa kömək edir. Fərdiləşdirilmiş reklamlardan imtina etmək haqqında burada tanış ola bilərsiniz.


2. Hüquq və seçimləriniz

Siz, “Bizimlə əlaqə saxlayın” bölümündə əks olunan əlaqə məlumatlarından istifadə edərək, haqqınızda saxladığımız məlumatları qəbul etmək və şəxsi məlumatlarınıza daxil olmaq hüququna maliksiniz. Siz, həmçinin, istənilən vaxt məlumatınız yanlış, qeyri-dəqiq və ya köhnə olduğu halda, onun düzəldilməsi, bloklaşdırılması və ya ləğv edilməsi ilə bağlı sorğu göndərə bilərsiniz. Məlumatlara daxil olmaq və ya onların düzəldilməsi və yaxud ləğv edilməsi ilə bağlı sorğunuza qüvvədə olan qanunvericiliyə uyğun olaraq baxılacaq. Qüvvədə olan qanunvericilikdə göstərilən hallar istisna olmaqla, Siz istənilən vaxt şəxsi məlumatlarınızın Mastercard tərəfindən emal olunmasına dair hüquqi əsasların tətbiq olunması ilə bağlı etiraz etmək hüququna maliksiniz. Biz hüquqi fəsadlar yarada biləcək heç bir texniki mexanizmlərdən istifadə etməyəcəyik və bu proses yalnız məlumatların avtomatlaşdırılmış emal olunmasına əsaslanır.

Mastercard-ın şəxsi bilgilərinizi emal etməyini istəmədiyiniz halda, tələbinizə uyğun olaraq verilənlər bazasında haqqınızda məlumat veriləcək və sizə aid hər hansı bir istinad ləğv olunacaqdır.

Siz, istədiyiniz vaxt və pulsuz, e-poçt ünvanınıza gələn bildiriş və məlumatlardan e-poçtunuzdakı imtina linkindən və ya bu linkdən — www.mastercard.az — istifadə edərək bizə yazmaqla imtina edə bilərsiniz. Digər bildirişlərə gəldikdə (SMS və ya sosial media), biz sizə onlardan imtina etmək üsulları barədə həmin bilidirişlərdən birini aldığınız zaman və ya digər vasitələrlə qeyd edəcəyik. Biz, razılığınız olmadan, şəxsi məlumatlarınızı marketinq bildirişlərinin göndərilməsi üçün istifadə etməyəcəyik.

Şəxsi məlumatlarınızı işlədiyimiz zaman gözləntilərinizi qarşılaya bilməsək və ya məxfilik təcrübələrimizlə bağlı şikayət etmək istəsəniz, lütfən, bunu bizə bildirin ki, problemi aradan qaldıra bilək. Aşağıdakı “Bizimlə Əlaqə” bölməsində verilən əlaqə məlumatlarından istifadə edərək bizə müraciət edə bilərsiniz. Müraciətinizlə bağlı köməklik göstərə bilməyimiz üçün xahiş edirik, problemlə bağlı tam məlumat verəsiniz. Uyğun vaxt ərzində bütün şikayətlərə baxılıb cavab veriləcək.

Bundan əlavə, siz bizdən şəxsi məlumatlarınızı üçüncü tərəflərlə bölüşməməyimizi tələb edə bilərsiniz; sadalanan hallar istisna olmaqla: (i) bizim adımızdan xidmətləri göstərmək üçün saxladığımız xidmət təminatçıları ilə, (ii) işimizin və ya aktivlərimizin hamısını və ya bir hissəsini satdığımız və ya ötürdüyümüz halda, (iii) qanunla və ya məhkəmə zamanı tələb olunduqda, və ya (iv) biz açıqlamanın fiziki zərərin və ya maliyyə itkisinin qarşısını almaq və ya şübhəli və ya faktiki fırıldaqçılıq və ya digər qanunsuz fəaliyyətin araşdırılması ilə əlaqədar zəruri və ya lazımlı olduğuna inanırıqsa. Əgər siz Avropa İqtisadi Zonasında və ya İsveçrədə, və ya Azərbaycandasınızsa, sizin şəxsi məlumatlarınız yalnız bu Məxfilik Bildirişində göstərilən məqsədlərlə istifadə olunacaq, lakin razılıq kimi hüquqi əsasımız varsa, həmin şəxsi məlumatları digər məqsədlərlə də istifadə edə bilərik. Qanunla tələb olunduqda, MasterCard şəxsi məlumatların (i) marketinq məqsədləri üçün və (ii) tətbiq olunan qanuna müvafiq olaraq həssas hesab edilən şəxsi məlumatların toplanması zamanı əvvəlcədən sizin razılığınızı əldə edir.

Hər hansı bir məlumatın qorunması haqqının həyata keçirilməsinə dair tələbinizin qüvvədə olması, müvafiq qanunvericiliyə əsasən nəzərdə tutulmuş bütün tələblərə cavab verilməsi halında mümkündür. Mastercard müvafiq qanuna əsasən göstərilmiş müddət ərzində öz qərarını sizə bildirəcəkdir.


3. Paylaşdığımız məlumat

Burada sadalananlar istisna olmaqla, Priceless Specials kontekstində yığılmış məlumatları açıqlamırıq.

Şəxsi məlumatınızı MasterCard International Incorporated daxil olmaqla, MasterCard Europe SA, MasterCard UK və MasterCard France kimi mərkəzlərimiz və filiallarımızla paylaşa bilərik. Biz sizin şəxsi məlumatlarınızı həmçinin bizim adımızdan xidmətləri göstərmək üçün saxladığımız xidmət təminatçıları ilə və bu Məxfilik Bildirişində göstərilən məqsədlərlə paylaşa bilərik. Xidmət təminatçılarımıza əməliyyat platforması təminatçıları, platforma hostinq provayderləri və müştəri xidməti təminatçıları daxildir. Üçüncü tərəf kimi xidmət təminatçılarından istifadə etdikdə, məlumatların yüksək səviyyədə qorunmasını təmin etmək üçün bütün lazımi addımları atırıq. Biz onlardan məlumatları yalnız təlimatlara uyğun istifadə edilməsini və təhlükəsizliyini təmin edilməsini tələb edirik. Bu xidmət təminatçıları bizim adımızdan xidmətləri həyata keçirmək və ya qanuni tələblərə riayət hallarından başqa, məlumatlardan istifadə və ya açıqlama haqqına sahib deyillər.

Priceless Specials vasitəsilə təklifləri satın aldığınız zaman ola bilər ki, siz bizim kommersiya tərəfdaşı vebsaytına yönləndiriləsiniz və orada öz şəxsi məlumatlarınızı onların məxfilik siyasətinə uyğun olaraq daxil edəsiniz. Hər bir kommersiya tərəfdaşının məxfilik praktikası haqqında daha ətraflı məlumat üçün sizi onların məxfilik bildirişinə müraciət etməyə dəvət edirik. Bəzi vebsaytların mobil versiyası çərçivəsində mövcud olan xəritəçəkmə alətini istifadə edirsinizsə, bu xəritəçəkmə aləti xidməti Google tərəfindən təmin olunur. Xəritəçəkmə aləti ilə qarşılıqlı əlaqə yaratmaq üçün məlumatların toplanması və istifadəsi Google şirkətinin məxfilik siyasətinə və istifadə şərtllərinə uyğun olaraq həyata keçirilir. Biz sizə bunları oxumağı təklif edirik.

Bundan əlavə, biz sizin şəxsi məlumatlarınızı sadalanan hallarda açıqlaya bilərik: (i) qanunla və ya qanuni prosesə uyğun olaraq tələb olunduqda, (ii) məhkəmənin, hüquq-mühafizə orqanlarının və ya hökumət rəsmilərinin tələbinə cavab olaraq, və ya (iii) biz açıqlamanın fiziki zərərin və ya maliyyə itkisinin qarşısını almaq və ya şübhəli və ya faktiki fırıldaqçılıq və ya digər qanunsuz fəaliyyətin araşdırılması ilə əlaqədar zəruri və ya lazımlı olduğuna inanırıqsa.

Biz işimizin və ya aktivlərimizin hamısını (şirkətin yenidən təşkili, ləğv və ya təsviyyə olunması halında) və ya bir hissəsini satdığımız və ya ötürdüyümüz halda sizinlə bağlı hər hansı bir məlumatı ötürmə haqqını özümüzdə saxlayırıq. Belə bir satış və ya ötürmə baş verdiyi halda, qəbul edən tərəfin Priceless Specials vasitəsilə təmin etdiyiniz şəxsi məlumatlarınızı Məxfilik Bildirişinə uyğun olan tərzdə istifadə etdiyinə əmin olmaq üçün əlimizdən gələni edəcəyik.


4. Məlumatların ötürülməsi

Biz sizinlə bağlı topladığımız şəxsi məlumatları, məlumatların ilk dəfə toplandığı ölkədən başqa digər ölkələrə də ötürə bilərik. Bu ölkələrin şəxsi məlumatları qoruma haqqında qanunu sizin şəxsi məlumatları paylaşdığınız ölkənin qanunları ilə üst-üstə düşməyə bilər. Bu Proqram çərçivəsində, Mastercard sizin şəxsi məlumatlarınızı ötürə, istifadə edə və ya MasterCard International Incorporated — Mastercard-ın Birləşmiş Ştatlarda yerləşən baş ofislərindəki mərkəziləşdirilmiş verilənlər bazasında saxlaya bilər. Bizi sizin şəxsi məlumatları digər ölkələrə ötürdüyümüz zaman, Məxfilik Bildirişində açıqlanan məlumatı qoruyuruq. Avropa İqtisadi Zonası və ya İsveçrədən kənarda olan ölkələrə şəxsi məlumatların köçürülməsi üçün təminat verən müvafiq qanuni tələblərə riayət edirik. Məxfilik Bildirişi ilə razılaşdığınız halda MasterCard, bu proqram kontekstində şəxsi məlumatlarınızı köçürə, istifadə edə və MasterCard International Incorporated — Mastercard-ın Birləşmiş Ştatlarda yerləşən baş ofislərindəki mərkəziləşdirilmiş verilənlər bazasında saxlaya bilər.


5. Digər vebsaytlara linklər

Biz sayt(lar)da rahatlığınız üçün sizi digər saytlara (tərəfdaşların və ya üçün tərəflərin saytları) linklərlə təmin edirik. Xüsusən də, Priceless Specials sizə Facebook və Twitter kimi sosial medya saytlarında sizin maraq dairənizdə olan şeyləri paylaşmaq, link vermək və ya qeyd etmək imkanı verir. Bu saytlar Proqramdan müstəqil olaraq fəaliyyət göstərir və bizim nəzarətimiz altında deyil. Bu saytların öz məxfilik siyasətləri ola bilər və biz şiddətlə tövsiyə edirik ki, saytlara girərkən onlara nəzər salasınız. Biz bu saytların məzmunu, bu saytlar vasitəsilə təqdim oluna biləcək hər hansı bir məhsul və ya xidmət, bu saytlar vasitəsilə aparılan məlumatların emalı fəaliyyəti və ya bu saytların digər hər hansı bir fəaliyyəti üçün məsuliyyət daşımırıq.


6. Məlumatların saxlanması

Mastercard qanunla başqa hal nəzərdə tutulmayıbsa, müəyyən məqsədlər üçün toplanmış şəxsi məlumatları həmin məqsədlərin yerinə yetirilməsinə qədər saxlayır.


7. Məlumatların təhlükəsizliyi

Şəxsi məlumatınızı elektron forma da daxil olmaqla müxtəlif yollarla saxlaya bilərik.

Şəxsi məlumatların təsadüfən və ya qanunsuz olaraq məhv edilməsindən, təsadüfən itkisindən, icazəsiz dəyişdirilməsindən, icazəsiz açıqlanmasından və ya istifadəsindən, istifadə olunmamasından, və şəxsi məlumatların işlənməsinin hər hansı digər qanunsuz formasından qorumaq üçün lazımi inzibati, texniki və fiziki təminatları qoruyuruq.

Şəxsi məlumatlarınızı daxil etdiyiniz zaman həmin məlumatların qorunmasında şifrələmə üçün sənayə standartı olan — Secure Socket Layer (SSL) texnologiyasından istifadə edirik. Bu İnternet şifrələmə standartı məlumat sizin cihazınızdan serverimizə daxil olarkən həmin məlumatları şifrələndirir. Ekranda URL ünvanınızın "http" prefiksi "https" olaraq dəyişdikdə və bir kilid simvolu göründükdə sayt(lar)ın təhlükəsiz sahəsində olduğunu anlayacaqsınız. "S" "təhlükəsiz" ifadəsini təmsil edir. Etibarlı sayt(lar)a qoşulduğunuzdan əmin olmaq üçün rəqəmsal sertifikatlardan istifadə edirik.

Xahiş edirik qeyd edəsiniz ki, heç bir məlumat toplanması və ötürülməsi təhlükəsizliyi 100% təmin edilə bilməz. Buna görə də biz sizin şəxsi məlumatlarınızı qorumaq üçün əlimizdən gələni edirik və hər hansı bir məlumatın ötürülməsi zamanı təhlükəsizliyə zəmanət vermirik.

Biz tələb edilməyən heç bir kommunikasiya (məktublar, telefon zəngləri və ya e-poçt mesajı kimi tələb edilməyən yazışmalar daxil olmaqla) zamanı heç vaxt sizdən şifrənizi soruşmayacağıq. İstifadəçi adını və şifrənizin təhlükədə olduğunu düşünürsünüzsə, aşağıda "Bizimlə əlaqə saxlayın" bölməsində göstərilən təlimatlara uyğun bizimlə əlaqə saxlayın.


8. Do Not Track Siqnalları

Sayt(lar)ın hal-hazırda fərqli veb brauzerlərin Do Not Track siqnallarını tanıyacaq mexanizması olmamasına baxmayaraq bizim sayt(lar)ın istifadəçilərinə seçimlərində dəyişiklik edərkən saytlarımızdakı Cookie Consent Tool-dan istifadə etməyi təklif edirik və biz sizin seçimlərinizi yerinə yetirəcəyik. Brauzer təqib siqnalları və Do Not Track haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olmağınızı xahiş edirik: http://www.allaboutdnt.com.


9. Hazırkı Məxfilik Bildirişinə edilən dəyişikliklər

Bu Məxfilik Bildirişi şəxsi məlumatlarımızın tətbiqindəki dəyişikliklərin əks etdirilməsi üçün mütəmadi olaraq və sizə əvvəlcədən xəbərdarlıq edilmədən yenilənə bilər. Məxfilik Bildirişində hər hansı bir əhəmiyyətli dəyişiklik edildikdə, bu barədə sizi xəbərdar etmək üçün Sayt(lar)da gözə çarpan bir işarə qoyacağıq və Məxfilik Bildirişinin üst tərəfində ən son, yenilənmiş halını göstərəcəyik.


10. Bizimlə əlaqə saxlayın

Əgər siz (i) şəxsi məlumatlarınızdan necə istifadə edəcəyimiz və ya onları necə əldə edə biləcəyiniz haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə; (ii) sizə aid olan şəxsi məlumatları düzəltmək, bloklamaq və ya silmək istəsəniz; (iii) müəyyən məlumatların istifadəsi üçün öncədən verdiyiniz razılığı geri götürmək istəyirsinizsə; (iv) e-poçt siyahımızdan öz e-poçt ünvanınızı götürmək istəyirsinizsə; (v) məxfilik qaydalarımızla bağlı hər hansı bir sualınız, şərhiniz və ya narahatçılığınız varsa, xahiş edirik aşağıdakı e-poçt vasitəsilə bizə müraciət edin: privacyanddatausage@mastercard.com

Global Privacy Officer
Mastercard Europe SA
Chaussée de Tervuren 198A
B-1410, Waterloo
Belgium

Sorğunuza ətraflı cavab verə bilməyimiz üçün xahiş edirik, məsələ barədə bizə ətraflı məlumat verəsiniz. Bütün şikayətləri nəzərdən keçirib mümkün qədər tez vaxtda cavab veriləcək. Əgər cavab sizi qane etməsə, şikayətinizi ölkənizin müvafiq tənzimləyici orqanına edə bilərsiniz.

Mastercard kartı və satın alma ilə bağlı digər müraciətlərinizi kartı verən bank və ya iştirak edən satış nöqtəsinə ünvanlaya bilərsiniz. Onlarla necə əlaqə qurulması haqqında ətraflı məlumatı onların müvaviq vebsaytlarında tapa bilərsiniz.